Röya Ayxandan təqdirəlayiq addım

Röya Ayxandan təqdirəlayiq addım
Video
Şou-biznes 555

Xalq artisti Röya Ayxan 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq evi sakinləri və Daun sindromlu uşaqlarla görüş keçirib.

BAKU.WS xəbər verir ki, görüş "Birlik" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Sevilən sənətçi tədbirdə ən məşhur və sevilən mahnılarını səsləndirərək balacalara unudulmaz anlar yaşadıb.

Röya Ayxanın ifası və uşaqlarla isti ünsiyyəti onların sevincinə sevinc qatıb, bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Tədbirdə Röya Ayxanın qardaşı İsmayıl da iştirak edib.

O, bacısı ilə birlikdə sevilən mahnıları səsləndirərək tədbirə xüsusi rəng qatıb. Sevilən sənətçilər uşaqların üzündə təbəssüm yaratmaqla, onlara sevgi, diqqət və qayğı göstərilməsinin vacibliyini əyani nümayiş etdiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim"

Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim"

Müğənni Emrahın keçmiş həyat yoldaşı Sibel Kirer illər sonra etirafı ilə diqqət çəkib.  BAKU.WS xəbər verir ki, 2014–2022-ci illər arasında sənətçi ilə ailəli o...

116 Şou-biznes 15:45 17 oktyabr 2026

Son xəbərlər