Röya Ayxan "Sənin Deyiləm"i bu formada təqdim etdi
Xalq artisti Röya Ayxan akustik layihələri ilə dinləyicilərinə fərqli ovqat bəxş etməyə davam edir.
BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə "Sənə Ehtiyacım Var" albomunda yer alan və qısa zamanda hitə çevrilən "Sənin Deyiləm" mahnısını tamam başqa çalarda təqdim edib.
Layihə Türkiyədə peşəkar səsyazma studiyasında, musiqi rəhbəri Sezgin Tellaoğlu olan orkestrin canlı müşayiəti ilə ərsəyə gəlib. Akustik tərzdə səslənən ifa mahnıya yeni nəfəs verərək onun emosional yükünü daha da gücləndirib.
Mahnının söz və musiqisi müəllifi Sevər İbrahimdir. Dərin məna və hisslərlə zəngin olan bəstə Röyanın güclü vokalı ilə birləşərək dinləyiciyə səmimi və təsirli bir musiqi təcrübəsi yaşadır.
Ekran işi də peşəkar heyətə həvalə olunub. Layihənin rejissoru Kemal Başbuğ, operatoru isə Sezgin Denkçidir. Vizual həll və canlı orkestr harmoniyası sənətçinin akustik performansını daha da möhtəşəm göstərir.
Röya Ayxan bu layihə ilə bir daha sübut edir ki, səhnə enerjisi ilə yanaşı, canlı və təbii ifası ilə də musiqisevərlərin qəlbinə yol tapmağı bacarır.
Oxşar xəbərlər
51 yaşlı İlhan Mansızın oğlu ilə bənzərliyi müzakirələrə səbəb oldu
Keçmiş futbolçu İlhan Mansız bu dəfə oğlu ilə gündəmə gəlib. BAKU.WS xəbər veri ki, idmançının azyaşlı oğlu İmre Leonun atasına bənzərliyi müzakirələr yaradıb....