Röya Ayxan Gürcüstanda konsert verdi

Röya Ayxan Gürcüstanda konsert verdi
Video
Şou-biznes 1000

Xalq artisti Röya Ayxan Gürcüstanın paytaxtı Tbilisi şəhərində ilk solo konserti ilə səhnəni fəth edib.

BAKU.WS xəbər verir ki, pop kraliçası gecə boyunca illərin hitlərini canlı ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Möhtəşəm səhnə performansı, enerjisi və xüsusi obrazı ilə gecənin ən çox danışılan adı olub.

Röyanın parlaq səhnə görünüşünün makiyajı Babək Qədirov, saç düzümü isə Roman Məmmədov tərəfindən hazırlanıb. Xarici brendlərə məxsus zərif libası isə sosial şəbəkələrdə böyük maraq yaradıb.

Konsertdə sənətçini peşəkar musiqiçilər müşayiət edib. Gecənin sürpriz anlarından biri isə Röya Ayxanın qardaşı İsmail Zadə ilə birlikdə səsləndirdiyi "Nankor" dueti olub.

Anşlaqla keçən konsertdən görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılıb və böyük maraqla qarşılanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim"

Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim"

Müğənni Emrahın keçmiş həyat yoldaşı Sibel Kirer illər sonra etirafı ilə diqqət çəkib.  BAKU.WS xəbər verir ki, 2014–2022-ci illər arasında sənətçi ilə ailəli o...

201 Şou-biznes 15:45 17 oktyabr 2026

Son xəbərlər