Reper Ciqanın ailəsində nə baş verir? - AÇIQLAMA

Reper Ciqanın ailəsində nə baş verir? - AÇIQLAMA
Foto
Şou-biznes 278

Son zamanlar Rusiya şou-biznesində reper Ciqanın boşanması ilə bağlı xəbərlər yayılıb. Görünür, məşhurun ​​ailəsi sözün əsl mənasında dağılır. Hazırda Oksana Samoylova və Ciqan ən pis halda boşanma ərəfəsindədir.

BAKU.WS xəbər verir ki, yaxınlarının məlumatına görə cütlük arasında mübahisə çoxdan başlayıb.

Reper Ciqanın ailəsində nə baş verir? - AÇIQLAMA

Onlar son zamanlar iştirak etdikləri tədbirlərdə ya övladları ilə ya da tək görüntülənirlər. Halbuki, bir zamanlar Oksananın sosial şəbəkə profili Ciqanla çəkdirdiyi fotolarla dolu idi.

Reper Ciqanın ailəsində nə baş verir? - AÇIQLAMA

Bir neçə gün əvvəl Oksana Parisə uçub. Aparıcı Kseniya Sobçakın verdiyi məlumata görə, o, "Balenciaga" brendinin moda nümayişinə buraxılmayıb. Oksana bilet üçün 800 min rubl ödəsə də, iştirak edə bilməyib. Ciqan həyat yoldaşının yaşadığı bu hadisəyə səssiz qalıb.

Reper Ciqanın ailəsində nə baş verir? - AÇIQLAMA

Günbəgün evdə mübahisələr daha da artır.

Prodüser Sergey Dvortsov etiraf edib ki, Oksana ilə Ciqanın ailəsində hər şeyin yaxşı olmadığı barədə yayılan şayiələr əsassız deyil:

"Düzdür, ailədə işlər bizim istədiyimiz qədər yaxşı deyil. Onlar indi çətin dövrlərdən keçirlər. Mən Ciqanı şəxsən tanıyıram. O, əla insandır, hədsiz dərəcədə istedadlıdır. Boşanmalara gəlincə, mən deyə bilmərəm ki, biz indi bir ayrılığın şahidi oluruq, ayrılmağa çalışırlar, amma sonra birlikdə daha yaxşı olduqlarını anlayacaqlar və yenidən bir araya gələcəklər. Biz bağlı qapılar arxasında nə baş verdiyini bilmirik. Ümid edirəm ki, bu, boşanmaya səbəb olmayacaq, lakin ayrılma ehtimalı böyükdür".

Reper Ciqanın ailəsində nə baş verir? - AÇIQLAMA

Son xəbərlər