Rafael İsgəndərov: "Elə bilirlər ki, şou-biznes mafiyadır!"

Rafael İsgəndərov: Elə bilirlər ki, şou-biznes mafiyadır!
Şou-biznes 26

Əməkdar artist Rafael İsgəndərov şou-biznesdə olmadığını bildirən sənətçilərdən danışıb.

BAKU.WS xəbər verir ki, "Gün ortası" verilişinə qonaq olan aktyor müğənnilərin bunu səhv anladığını, elə onların şou-biznesdə olduğunu vurğulayıb.

Rafael İsgəndərov qeyd edib ki, bəzi sənətçilər "şou-biznes" anlayışını mafiya kimi təqdim edirlər. Əslində isə bu söz ingilis dilindən tərcümədə istedadını, bacarığını göstərib pul qazanmaq deməkdir:

"Onu niyə bu qədər böyüdürlər ki? Hər bir konsertin arxasında böyük hazırlıq dayanır. Əgər bir ifaçı nömrəsini özü qurubsa, onun arxasında rəqqaslar, alov effekti olacaq və digər səhnə elementləri olacaq. Bu artıq işin şou tərəfidir. Bu gün şou göstərmək də bir biznesdir. İnsan səhnəyə çıxır, oxuyur, sənətini və klipini təqdim edir, bunun müqabilində qazancını əldə edib gedir. Amma "şou-biznes" anlayışını elə təqdim edirlər ki, sanki hansısa mafiyadır və ya tamam fərqli bir mühitdir. Xeyr, belə deyil. Sadəcə mənim dediyim sözləri ingilis dilində ifadə edirlər: "show business". Axı "Artist" sözü də var. "Art" incəsənət deməkdir. Burada sözün tərcüməsinə və mahiyyətinə diqqət yetirmək lazımdır. Yəni "şou-biznesdə deyiləm" demək tamam başqa məna verir. İnsanlar bunu çox fərqli istiqamətə aparırlar".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər