"Qızımın şəkillərini yayıb, qeyri-etik sözlər yazırlar" - Aytac Vidadiqızının anası dilə gəldi (VİDEO)
31
yan
2019
13:15
İkinci dəfə ana olmağa hazırlaşan müğənni Aytac Vidadiqızı sənətdən gedə biləcəyini istisna etmir. BAKU.WS xəbər veri ki, hamiləliyinin 9-cu ayında olan müğənni Aytac Vidadiqızı “Səhər-səhər” verilişinə müsahibəsində belə deyib. İfaçı övladları və ailəsi naminə hər an buna hazır olduğunu açıqlayıb: "Mən qızımda aşırı diqqətciləm. Bəzi müğənnilərimiz var ki, sənətinə daha çox bağlıdır, ayrılmaq istəmirlər. Uşaqlarını dayəyə əmanət edirlər. Mən övladıma özüm baxmasam vicdan əzabı çəkərəm".
Aytacın anası Aygün Vəliyeva da qızı ilə bağlı danışıb. O, sosial şəbəkədə yazılan mənfi şərhlərə etirazını bildirib: "Aytacın oxumasını heç istəmirdim. "İnstagram"da Aytəcın şəkillərini paylaşırlar. Biri yaxşı yazır, digəri layiqsiz sözlər yazır. Buradan səslənirəm, heç kim qızımın ailə söhbətlərinə qarışmasın". Qeyd edək ki, A.Vidadiqızının həyat yoldaşı Can Türkiyə vətəndaşıdır. Cütlüyün bir qızı var.BAKU.WS
Oxşar xəbərlər
Aytac Vidadiqızı sənətdən getdi: Oxumasam bəlkə dəli də ola bilərəm
Müğənni Aytac Vidadiqızı sənətdən gedir. BAKU.WS xəbər verir ki, o, bu barədə İnstaqram səfihəsində yazıb:"Düşünürəm ki, bəlkə daha bəsdir. Sənət fəalliyətimi d...