Qayınanasından danışan Sevda: "Heç vaxt heç nəyə qarışmır"
Müğənni Sevda Yahyayeva şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı qayınanası Svetlana Bayramovadan danışıb.
Sənətçi qeyd edib ki, qayınanası onun heç bir işinə qarışmır:
"Qayınanam evdar xanımdır. Amma o qədər gözəl xasiyyəti var ki... Oğlunu çox sevir və onun xoşbəxtliyinə də çox xoşbəxt olur. Ona görə də heç vaxt heç nəyə qarışmır. Çox sevinirəm ki, belə bir ailəm var. Çox aristokrat, çox mədənidir. Məni çox istəyir mən də onu çox istəyirəm".
Xatırladaq ki, Sevda 2021-ci ildə həkim Zakir Bayramovla ailə qurub. Cütlüyün iki qız övladı var.
Ətraflı videoda:
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...