QALMAQAL: Müğənni canlı efiri tərk etdi: "Səsinizi yüksəltməyin!"
"Həmin Zaur" verilişinin ötən gün yayımlanan buraxılışında qalmaqal yaşanıb.
BAKU.WS xəbər verir ki, buna səbəb isə müğənni Əminə Şirinin proqrama gecikməsi olub. Aparıcı Zaur Kamalla onun arasında narazılıq yaranıb.
Zaur Kamal müğənniyə "Xoş gəlmisiniz, sizi başa düşürəm, xanımsınız. Bəs o birilər niyə gecikir? Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan gecikmirlər" sözlərini deyib.
Əminə Şirin isə ona aqressiv cavab verərək efirdən gedib:
"Orada birtəhər salamlaşdınız, burada da xoş gəldiniz deyirsiniz. Siz bizim yerimizə olsaydınız nə edərdiniz? Verilişi aparırsınız və gedirsiniz. Bizim klipimiz, efirimiz, salonumuz var. Heç kim bilərəkdən bunu etmir. Narazısınızsa, gedə bilərəm. Xanım olaraq məndən üzr gözləyirsiniz. Çox aqressivsiniz. Tamaşaçılardan üzr istəyirəm. Qonağı belə qarşılamazlar" deyərək efiri tərk edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Məşhur seriallarda oynayan aktyorların nə qədər pul qazandığı məlum oldu - MƏBLƏĞ
Türkiyənin televiziya seriallarında baş rollarda oynayan məşhur aktyorların nə qədər pul aldıqları məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məşhur...