Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Şou-biznes 257

Bu gün şou-binzesdə fit, ideal bədən qurluşu ilə, eyni zamanda artıq kiloları ilə diqqətçəkən xeyli məşhur var. Bəziləri toylarda yağlı tikələrdən yeyib "əsas can sağlığıdır" prinsipi ilə yaşasa da, bir çox məşhur qida rasiyonuna diqqət yetirərək bədənini formada saxlayır. Formada qalmağın yolları isə ya idman zalından ya da pilates zalından keçir. Onlar yoqa, pilates və fitnesslə məşğul olaraq ideal çəkidə qalmağa çalışırlar. Bəs görəsən həmin məşhurlar kimlərdir?

Bu dəfə BAKU.WS idman edərək səhhətinin gözəlliyinin qeydinə qalan məşhurları araşdırdı. Həmin siyahını oxuculara təqdim edirik:

Xalq artisti Məleykə Əsədova

Sənətçi illərdir pilateslə məşğul olur. 56 yaşlı aktrisa arada-sırada instaqram hesabında pilates dərsindən fotolar paylaşır. Xalq artisti idmanın sağlamlıq olduğunu bildirir.

Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Əməkdar artist Abbas Bağırov

Əməkdar artist Abbas Bağırov da uzun illərdir idmanla məşğuldur. O daha çox fitnessə üstünlük verir. Sənətçi Gəncədəki villasında özü üçün idman zalı düzəltdirib. Evinin bir mərtəbəsini zal edib, idman alətləri yığan A.Bağırov "İdmanı da musiqi qədər çox sevirəm" deyə açıqlamasında bildirib.

Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Günay İbrahimli

İfaçı tez-tez instaqramda pilateslə məşğul olduğu anların görüntüsünü paylaşır. Son zamanlar fit görünüşü ilə diqqət çəkən İbrahimli çəkisini bu idman növü ilə qoruyur. Günayın formada qalma sirrinin məhs elə pilates olduğunu deyir.

Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Nigar Camal

Nigar Camal da aktiv fitnesslə məşğul olan məşhurlardandır. O da həmkarları kimi tez-tez instaqram hesabında idman zalında lentə alınan görüntülərini paylaşır. Hər zaman fit və cazibədar görünüşü ilə seçilən Nigar bununla da diqqtələri üzərinə çəkməyi bacarır. Hətta sənətçi bir dəfə etdiyi akrobatik hərəkətlərlə gündəmə gələrək müzakirələrə səbəb olmuşdu.

Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Əməkdar artist Nailə İslamzadə

Tanınmış diktor bədən formasını idman etməklə qoruyur. O sosial şəbəkədə məşq etdiyi zaldan videolar və fotolar paylaşır. 60-dan çox yaşı olmasına baxmayaraq, aparıcı ideal bədən quruluşu ilə diqqət çəkir.

Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Xalq artisti Röya Ayxan

Xalq artisti Röya Ayxan da idmanla məşğul olan məşhurlardandır. O daha çox fitnesslə məşğul olur. Açıqlamalarından birində ifaçı "Mən 15 ildir sevərək idmanla məşğul oluram" deyə bildirib.

Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Xalq artisti Tünzalə Ağayeva

Sənətçi asudə vaxtlarını idman etməklə dəyərləndirir. O bununla həm bir qədər artan çəkisindən xilas olur, həm də fit bədən görünüşünü qoruyur.

Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Nura Suri

Sənətçi daha çox pilatezlə məşğul olur. O bununla fit və gözəl bədən qurluşunun qeydinə qalır.

Pilates, fitness və yoqa ilə formada qalan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Son xəbərlər