"Pişik" Günel özünə çal-çağırlı doğum günü etdi - VİDEO
01
okt
2018
17:04
Sentyabrın 30-da müğənni Günel Ələkbərova ad gününü və səhnə fəaliyyətinin 15 illiyini qeyd edib. BAKU.WS-in məlumatına görə, müğənni sənət dostlarını da başına yığıb özünə çal-çağırlı məclis keçirib. Şəhər restoranlarının birində baş tutan gecə maraqlı görüntülərə səhnə olub.Əməkdar artist Mehriban Xanlarovanın şıdırığı rəqsi isə müzakirəsiz ötüşməyib. Müğənninin ad gününə həmçinin əməkdar artistlər Nüşabə Ələsgərli, Vasif Məhərrəmli, Səlim Abbasov, müğənnilər Manaf Ağayev, Aynur Dadaşova, Emil Bədəlov, Yaşar Yusub, Şəbnəm Qəhrəmanova, Talıb Tale, rəqqasə Renka, stilistlər Samiraldo, Rəşad Əliyev və başqaları qatılıblar.Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Nigar Camal 38 yaşını belə qeyd etdi (VİDEO + FOTOLAR)
Müğənni Nigar Camal 38 yaşını qeyd edib. BAKU.WS xəbər verir ki, Avroviziya qalibi şəhər restoranlarının birində sənət dostlarını bir araya toplayaraq, yeni yaş...