"Özümü 60 yaşlarımda da belə saxlayacağam"
22
iyn
2025
18:11
Müğənni Nigar Camal yaşa baxmayaraq öz baxımlı görünüşünü gələcəkdə də qoruyacağını bildirib.
BAKU.WS xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Nigar Camal dünya ulduzu Cennifer Lopezin fotosunu öz şəkli ilə kollaj edərək maraqlı qeydlər yazıb:
"Burada deyirəm ki, ay Nigar, nə gözəlsən – saçın, dərinin vəziyyəti… Özümü 60 yaşlarımda da belə saxlayacağam. Yaş aldıqca sadəcə rəqəm dəyişəcək. Amma Cennifer Lopez və digər Hollivud ulduzları kimi yox."
Qeyd edək ki, sənətçinin paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Oxşar xəbərlər
İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib
Aktyor və rejissor Sermiyan Midyat müğənni İbrahim Tatlıseslə bağlı maraqlı etiraf edib. BAKU.WS xəbər verir ki, Midyat illər əvvəl silahlı hücuma məruz qalan T...