Orxan Lökbatanlı: "Meyxanaçıların normal həyatı olmur"
"Meyxanaçı olmasaydım, saçım vaxtından tez ağarmazdı. Meyxanada əsəb, stres, həyəcan, yuxusuz gecələr var".
BAKU.WS xəbər verir ki, bunu Baku TV-nin "Qapqara" verilişində qonaq olan meyxana ustası Orxan Lökbatanlı deyib.
O, meyxanaçıların normal həyat tərzinin olmadığını vurğulayaraq, "nə vaxtlı-vaxtında yatıb-dura, nə də qidalana bilirsən. Bunlar insanın erkən qocalmasına səbəb olur", - deyə sözlərinə əlavə edib.
Sənət yoldaşları ilə dostluğundan da danışan meyxanaçı onlarla çox dərin bağ qurduğunu deyib:
"Vüqar Biləcəri ilə elə şeyləri dərdləşirdim ki, onları heç kimə deyə bilmərəm. Məni ancaq o başa düşürdü. Hamı Vüqarı hökmranlıq edən meyxanaçı kimi tanıyıb. Amma onunla elə günlərimiz olub ki, saatlarla dərdləşmişik, başımızı bir-birimizə söykəyib ağlamışıq. Vüqarın ürəyi uşaq ürəyi kimi idi".
Oxşar xəbərlər
EFENDI nüfuzlu musiqi festivalında çıxış etdi
EFENDI Yurmalada keçirilən, Baltikyanın ən nüfuzlu musiqi tədbirlərindən birinə qatılıb. BAKU.WS xəbər verir ki, sənətçi latviyalı müğənni Laima Vaikulenin təş...