Orxan Lökbatanlı bu səbədən meyxanadan gedib - AÇIQLAMA

Meyxanaçı Orxan Lökbatanlı meyxan sənətindən getməsindən danışıb.
BAKU.WS xəbər verir ki, "Gün Ortası" verilişinə qonaq olan sənətçi yaşadığı inciklik və küskünlük səbəbindən meyxana aləmindən uzaqlaşdığını qeyd edib:
"Artıq bir ilə yaxındır ki, meyxana aləmindən uzaqlaşmışam. Tədbirlərdə və məclislərdə oluram. Amma şeir və qəzəl oxuyuram. Bunun səbəbləri çoxdur. Bura küskünlük, inciklik və əziyyətimi itirməkləri daxildir. Uzun illər meyxana dediyim vaxtlarda özü işimin öhdəsindən layiqincə gəldim. Meyxana meydanlarında öz istedadımı göstərə bilmişəm".
Orxan Lökbatanlı keçmiş günlər üçün darıxdığını da etiraf edib:
"Ən çox ötən illər üçün darıxıram. Allah rəhmət etsin. Vüqar Biləcəri kaş sağ olardı. Rəşad Dağlı aramızda olardı. O səhnələr və getdiyimiz yollar üçün darıxıram. Elə olub ki 3-5 gün bir yerdə səfərdə olmuşuq. Həmişə mən onlara deyirdim ki, atamızdan anamızdan daha çox biz bir-birimizi görürük".
Oxşar xəbərlər
Aysel Teymurzadə sülh səfiri ilə bir arada
Müğənni Aysel Teymurzadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında beynəlxalq səviyyədə tanınan sülh səfiri...
