Onlar Kıvanç Tatlıtuğla baş rola çəkilmək istəmədilər

Onlar Kıvanç Tatlıtuğla baş rola çəkilmək istəmədilər
Foto
Şou-biznes 120

Məşhur aktyor Kıvanç Tatlıtuğun baş rolunda yer alacağı "Dönence" serialının çəkilişləri müvəqqəti olaraq saxlanılıb.

BAKU.WS xəbər verir ki, buna səbəb ekran işində çəkiləcək aktrisaların layihədən imtina etməsidir.

Əvvəl Kıvanç Tatlıtuğun serialda tərəf müqabilinin aktrisa Pınar Deniz olacağı bildirilirdi. Lakin o Nuri Bilge Ceylanın yeni film təklifini qəbul edib və layihədən ayrılıb.

Daha sonra həmin rol Burcu Biricikə təklif edilib. O da ekran işində çəkilməkdən imtina edib.

Onlar Kıvanç Tatlıtuğla baş rola çəkilmək istəmədilər

Türk televiziya tarixinin ən bahalı rəqəmsal layihələrindən biri olması gözlənilən "Dönence" serialında vəziyyət hələ də qeyri-müəyyəndir.

8 seriyalı layihə baş rol aktrisası tapmaqda çətinlik yaşayır.

Aktrisalarla bağlı ard-arda yaşanan problemlər layihə komandasını çətin vəziyyətə salıb.

Serial büdcəsi ilə diqqət çəkir.

Baş rol aktyoru Kıvanç Tatlıtuğun layihənin hər bölüm üçün 4 milyon lirə (153 600 AZN) qonorar alacağı bildirilir. Pınar Deniz ilə isə hər bölüm üçün 3 milyon lirə (115 200 AZN) məbləğində razılıq əldə olunmuşdu.

Son xəbərlər