"OneRepublic"in Bakıda keçirilən ilk konsertindən GÖRÜNTÜLƏR

Amerikanın məşhur pop-rok qrupu "OneRepublic" ilk dəfə Bakıda konsert verib.
BAKU.WS xəbər verir ki, Rayan Tedder konsertdən əvvəl Bakını qarış-qarış gəzib. O şəhərdəki təmizliyə heyran olub.
Bu barədə görüntüləri sosial şəbəkədə paylaşan sənətçi Los-Anceles rəhbərliyinə çağırış edib. Rayan Azərbaycanın Los-Ancelesdən daha təmiz, daha təhlükəsiz və daha gözəl olduğunu bildirib.

Daha sonra qrup "Baku Crystal Hall"da baş konsertlə sevənlərinə unudulmaz gecə yaşadıb. Arda-arda "Counting Stars", "Secrets", "Good Life" kimi sevilən hitləri səsləndiriblər.
Rok qrupunun konsertində bir sıra tanınmış simlar o cümlədən blogerlər iştirak ediblər. Onlar sosial şəbəkədə rəqslərin və dinamik ifaların harmoniyasında keçən gecədən müxtəlif paylaşımlar ediblər.
Məlumat üçün bildirək ki, qrup 2002-ci ildə Kolorado ştatının Kolorado-Sprinqs şəhərində Ryan Tedder və Zak Filkins tərəfindən yaradılıb. Qrup üzvləri Rayan Tedder( vokal, piano), Zak Filkins (gitara, vokal), Dryu Braun (gitara, klaviş alətləri), Brent Kutzle (bas gitara, violonçel), Eddi Fişerdir (zərb alətləri).
Ən məşhur mahnıları "Apologize", "Secrets", "If I Lose Myself", "I Lived", "Run"dır. Qrupun "Dreaming Out Loud" (2007), "Waking Up" (2009), "Native" (2013) kimi sevilən albonmları da var.
Qrupun solisti Rayan Tedder həm də Beyons, Adel, Teylor Svift kimi məşhur sənətçilərlə də çalışıb.

Oxşar xəbərlər
Aybəniz Haşımovadan oğurlanmış pullar geri qaytarılıb
Tanınmış bloger Aynişan Quliyevanın adından dələduzluq edən şəxslər tapılıb. BAKU.WS xəbər verir ki, bu haqda Aynişan özü məlumat yayıb. O bildirib ki, onun ad...