Oğlu Hüseyndən danışan Röya: "İndiki ağlım olsaydı,onu heç vaxt tək qoymazdım"
18
dek
2025
10:24
Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyndən danışıb.
BAKU.WS xəbər verir ki, "Günə uğurla" verilişinə qonaq olan ifaçı "İndiki ağlım olsaydı, Hüseyni heç vaxt tək qoymazdım. Ona bacı ya da qardaş düşünərdim" sözlərini söyləyib.
Bu zaman aparıcı Yalçın Uğur "Gec deyil" deyə qeyd edib. Röya isə "Kişiləri qarışdırmaq olmaz. Uşaq bir kişidən olar" deyə cavab verib.
Sənətçi ən böyüki arzusunun övladı Hüseynin universiteti bitirib, işləməsi olduğunu deyib.
Xalq artistinin oğlu hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təhsil alır.
Ətraflı videoda:
Oxşar xəbərlər
Tanınmış aparıcı avtomobil qəzası keçirdi - 6 saat yolda qaldı
Rusiyalı tanınmış aparıcı avtomobil qəzası keçirib. BAKU.WS xəbər verir ki, NTV kanalında yayımlanan "Kvartirnıy vopros" verilişinin aparıcısı Viktoriya Panina...