Nusret Gökçenin qardaşı həbs edildi
Türkiyəli məşhur aşpaz Nusret Gökçenin qardaşı Özgür Gökçe "azyaşlıların fahişəliyinə cəlb edilməsi" ittihamı ilə həbs edilib.
BAKU.WS xəbər verir ki, Küçükçekmece Baş Prokurorluğunun göstərişi əsasında fahişəliklə bağlı əməliyyat keçirilib.
Şübhəlilərin mobil telefonlarında aşkar edilən materiallar əsasında istintaq genişləndirilib.
İkinci əməliyyat zamanı Özgür Gökçe də daxil olmaqla 7 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Daha 6 nəfər isə məhkəmənin qərarı ilə istintaq müddətində azadlığa buraxılıb.
İddialara əsasən, Gökçe bundan maddi gəlir əldə edib. Haqqında isə irəli sürülən ittihamları qəbul etməyərək günahsız olduğunu bildirib.
Oxşar xəbərlər
Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib
Rusiyanı tərk edən məşhur müğənni Alla Puqaçova 1997-ci ildən bəri sahib olduğu "Kristina" ticarət nişanı üzərində hüquqlarını itirib. BAKU.WS xəbər verir ki, b...