Niyam onu biabır edən videodan danışdı: Utanıram - VİDEO

30
iyn
2018
12:31
Müğənni Kərim Abasovun xarici ölkədən qayıdan həmkarı Niyam Səlamini gül dəstəsilə qarşılaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. BAKU.WS xəbər verir ki, Niyam Səlami bu barədə ATV-nin "Xüsusi layihə" proqramında danışıb. Niyam həmin görüntülərin ona problem yaratdığını açıqlayıb: "Bu yaxınlarda məni biabır etdilər. Kərimi ölməsin, bədəni yanmasın. Onu gərək neftsiz, kibritsiz yandırım. Xəbərim olmadan hava limanında məni qarşıladı və gül gətirdi. Bu adamın ürəyindən keçib, gəlib məni elə qarşılayıb. Mənə ilan vermədi ki, daş atmadı ki... Barəmizdə daha nələr yazmadılar. Bunlar bir-birinə gül verir, nə bilim nədirlər. Utanıram. O videonun altına yazılanlardan utandım. Kərimə zəng vurub dedim ki, sənin bədənin yansın". Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər
Rəqsanə Təranə Səmədovanı ifşa etdi: Özünü də biabır etdin, məni də... - VİDEO
"Qurban olduğum Allah-təala hər şeyi fırladıb insanın öz başında çatladır. Olmaz! Özünü də biabır etdin, məni də haqsız durumlara saldın. Gətirdin mənim üzümə e...