Nigar Camalın "Dream Fest"dəki geyimi müzakirələrə səbəb oldu
Müğənni Nigar Camal ötən gün keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalının ən çox müzakirə edilən məşhur oldu.
BAKU.WS xəbər verir ki, açılış mərasimində iştirak edən ifaçı firuzəyi xalıya bodidə çıxıb.
Nigarın qara rəngli bodisi olduqca böyük müzakirələrə səbəb olub. Sənətçinin sosial şəbəkələrdə yayılan videosu rezonans doğurub.
Onun bu geyimi bəyənənlər də olub, tənqid edənlərdə. İfaçı festivaldan olan görüntülərini şəxsi instaqram hesabında da paylaşıb. Onun şərh bölümünü bağlaması diqqətlərdən yayınmayıb.
Məlumat üçün bildirək ki, ötən gün paytaxtda yayının əsas hadisəsi olan "Dream Fest" beynəlxalq musiqi festivalı start götürüb. Üç gün davam edəcək tədbir "Sea Breeze Resort"un sahilində təşkil edilib. İlin həyəcanla gözlənilən festivalında Azərbaycanın Xalq artistləri və xeyli sayda tamaşaçı iştirak ediblər.
Oxşar xəbərlər
76 yaşlı Kadir İnanırın son halı sevənlərini məyus etdi
Məşhur aktyor Kadir İnanırın yeni fotosu yayılıb. BAKU.WS xəbər verir ki, İstanbulda fəaliyyət göstərən dərnək rəhbəri Osman Cayak onu müalicə aldığı xəstəxana...