Nigar Camal: "İnsanlardan uzaq dururam"
"Əslində, heç də bezdirmir, çünki mənim öz dünyam var, insanlardan uzaq dururam. Mahnılar oxuyuram, kliplər çəkdirirəm, səhnəyə çıxıram, ifa edirəm, kimisə xoşbəxt edirəm, kimsə yox..."
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Nigar Camal "Günorta Maqazin"ə açıqlamasında deyib.
Sənətçi həmçinin zarafatcıl və açıq sözlü xarakterə malik olduğunu vurğulayaraq, bəzən etdiyi zarafatların yanlış başa düşüldüyünü bildirib.
Onun sözlərinə görə, heç kimi qəsdən təhqir etmir və özünə qarşı da eyni münasibəti göstərir.
"Mən zarafat eləyəndə yəni düşünürlər ki, mən bilə-bilə ya təhqir eləyirəm, belə bir şey... Əslində, belə bir şey yoxdur, çünki mən özümə də qarşı beləyəm".
Müğənni arxada danışanları tənqid edib, insanların fikirlərini üzə demələrinin daha doğru olduğunu qeyd edib.
O, özünə güvənən insanların narazılıqlarını birbaşa ifadə etdiyini, gizli şəkildə hərəkət edənləri isə zəif hesab etdiyini bildirib.
"Güclü insan, özünə güvənən insanı, yaxşı insan, yəni xoşuna gəlmirsə, gəlib özünə deyə bilər. Amma altdan nəsə falan eləyirsə, mənim üçün bu zəif insandır. Mən zəif insanlardan qorxmuram".
Ətraflı videoda:
Oxşar xəbərlər
Gülşən reklam müqaviləsindən 20 milyon qazanıbmış
Türkiyəli müğənni Gülşən bu dəfə səhnə çıxışları ilə deyil, imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, iddialara görə, tanınmış ifa...