Nərmin məhkəməlik olan evindən danışdı: "Pul ödəyərək mənzili..."

Müğənni Nərmin Kərimbəyovanın ev problemi öz həllini tapıb.
BAKU.WS xəbər verir ki, sənətçi ondan evini ev qarşılığında dəyişmək istəyən MTK-nı məhkəməyə verərək onu udub.
Daha sonra başqa bir tikinti şirkəti sənətçiyə pul ödəyərək mənzilini normal alqı-satqı ilə alıb.
Nərmin bu barədə "Günə bax" verilişinə qonaq olarkən açıqlama verib.
"Mülkiyyət hüququmuz tapdalandı. Mülkiyyətimiz var idi. Yan-yana inşa edilən 11 ev idi. Onlardan biri bizimdir. Artıq 10 ilə yaxındır ki, böyük şirkətlər burada tikinti işləri aparmaq və orada hündürmərtəbəli bina tikmək istəyirdilər. Biz razılaşma yolu ilə onlara evimizi satmaq istəyirdik. Amma bu məbləğ normal mənzil bazarındakı qiymətə uyğun olardısa... Lakin onlar bizə pul vermirdilər. Burada bina tikib evimizin əvəzində mənzil vermək istəyirdilər. Biz isə bunu istəmirik. 10 il ərzində bizi məhkəmələrə verdilər. Onlara qalib gəldik. Daha sonra başqa bir şirkət gəldi. O pul ödəyərək normal alqı-satqı ilə mənzilimizi bizdən aldı" - deyə, Nərmin qeyd edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İbrahim Borçalı ağır itkisindən danışdı: "Bacımoğlu idi, subay idi, qəfildən öldü…"
Müğənni İbrahim Borçalı vəfat edən bacısıoğlundan danışıb. BAKU.WS xəbər verir ki, "Rəngarəng" verilişinə qonaq olan sənətçi onun gənc olduğunu və qəfildən dün...
