Nərmin Kərimbəyova: "Mən dərin yaramı utanmadan göstərdim..."

Nərmin Kərimbəyova: Mən dərin yaramı utanmadan göstərdim...
Foto
Şou-biznes 157

Müğənni Nərmin Kərimbəyova Kanal S-də yayımlanan "Xəbərin var?" verilişində qonaq olub.

BAKU.WS xəbər verir ki, iddialı ifaçı yenə də cəsarətli çıxışı ilə diqqət çəkib. 

Nərmin onun ifasına, xarici görünüşünə gələn tənqidlərlə yanaşı, standart görünən həmkarlarına  da rəy bildirdi:

"Tənqid qınaq deyil. O qədər təhqir formasında idarə olunmamış, anormal münasibətdir ki, mən onu çoxdan öyrənmişəm özümçün blok edim və mənə təsir etməsin bu kimi hallar. Doğrudan da boş verirəm, mənə belə neqativ şeylər təsir etmir. Nə qədər tənqid artsa da, düzgün yolda olduğum sübut olunur. İnsanların mənə olan sevgisi də artır.

Mən özüm bilirəm ki, bu həyatda nələrdən keçdim, nələr yaşadım. Özümə deyirəm ki, 40 yaş gəlib, bugünə kimi özünçün 2-ci, 3-cü planda olmusan. Artıq özünü sev. Mən buyam, özüməm. Qəbul edib, etmirsiz, özünüz bilərsiniz! Heç birimiz ideal deyilik. Heç nədən utanmamalıyıq. Bəlkə kimsə nəsə gizlədir həyatından amma mən gizlətmirəm. Mən dərin yaramı göstərdim. Mən həyatda çətinlik keçib amma güclü dayanan adamlardan ilhamlanıram. Mən dünyada güclü, hər daim şükür edən inklüziv insanları yaxından izləyirəm.

Hərə bir yerini dartır, şişirdir, göstərir. Mənə standartı görmək xoş deyil! Bu yaradıcılıq deyil. Mən səhnəyə bununçün gəlməmişəm. Əgər deyillərsə ki, mən bu əməliyyatları sənətim üçün edirəm! Deyil, yalandır! Belə standartları görmək məni qıcıq edir".

Oxşar xəbərlər

Əməkdar artist bir daha efirə çıxmayacaq

Əməkdar artist bir daha efirə çıxmayacaq

Əməkdar artist Ruhəngiz Allahverdiyeva verilişlərə çıxmayacaq. BAKU.WS xəbər verir ki, sənətçi bu barədə "Elgizlə izlə" veriliışində bildirib. O sonuncu dəfə bu...

4239 Şou-biznes 15:51 13 mart 2025

Son xəbərlər