"Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?"
Məşhur "Nazlanma" mahnısının müəllifi, Cənubi azərbaycanlı müğənni Mənsur Daneşvar Əməkdar artist Vasif Məhərrəmli və həmkarı Vəfa Şərifovadan şikayətlənib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, "Xəzər Axşamı" verilişində məşhur "Nazlanma" mahnısının Vasif Məhərrəmli və Vəfa Şərifova tərəfindən ondan icazəsiz ifa edildiyini bildirib:
"Biz o tay, bu tay birik. Mahnılarım 20 il bundan əvvəl yazılıb, kitablarımda yer alıb. "Nazlanma" mahnım "Eşqin 7 şəhəri" kitabımın ariyalarındandır. Bizim kökümüz Üzeyir Hacıbəyov, Fikrət Əmirov kimi sənətkarlardan gəlir. Anam Şuşadan, atam isə Vərzəqandandır. Mən anamdan Şuşanın qanını almışam. Azərbaycanlıları çox sevirəm. Amma bu yaxınlarda incindim. Məndən icazəsiz "Nazlanma" mahnımı xanım və bəy (Vasif Məhərrəmli və Vəfa Şərifova) ifa edib, paylaşıblar.
Bilirlər kimləri deyirəm. Bir həftədir bu paylaşımı edirlər. Mənim mahnıma 5 milyard insan baxıb. Müxtəlif ölkələrdən yazırlar ki, niyə sizin mahnınızı götürüblər? Dünən də onlarla əlaqə saxladım ki, mahnını silsinlər, bu işi görməsinlər. Hələ də səhifələrindən yığışdırmayıblar. İcazə alsaydılar nə olardı ki? Dünən mənə dedilər ki, bir saata, sonra isə iki saata siləcəyik. Məni çox əsəbiləşdiriblər. Bir milyondan çox adam onlarla bağlı şərh yazıb. O sözləri siz eşitsəniz, Allah şahiddir ki, utanarsınız. Bunlar bilmirəm nə cür müğənnidirlər. Bu gün mənim haqqım oğurlanır, ayaqlar altına atılır. Sabah başqa müğənnilərimiz də belə edəcək".
Qeyd edək ki, sözügedən mahnıya Vasif Məhərrəmli və Vəfa Şərifova klip də çəkdiriblər.
Oxşar xəbərlər
Kenan Doğulu, Beren Saat və Kerimcan Durmaz saxlanılıb
Türkiyədə məşhurlara qarşı aparılan narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirildiyi bildirilir. BAKU.WS xarici KİV-ə istinadən xə...