Narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhur aktrisa sərbəst buraxıldı

Narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhur aktrisa sərbəst buraxıldı
Foto
Şou-biznes 60

İstanbul Baş Prokurorluğu tərəfindən məşhur adları hədəf alan narkotik əməliyyatı zamanı saxlanılan aktrisa Ezgi Eyüboğlu sərbəst buraxılıb.

Narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhur aktrisa sərbəst buraxıldı

BAKU.WS xəbər verir ki, aktrisa sərbəst buraxılsa da, onunla birlikdə saxlanılan 7 nəfərin hələ ki, tibbi ekspertizası davam edir.

Narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhur aktrisa sərbəst buraxıldı

Əməliyyat nəticəsində aktrisa Ezgi Eyüboğlu da daxil olmaqla 7 nəfər saxlanılıb.

Saxlanılan şəxslər Eser Küçükerol və İsmail Ahmet Akçay - "Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti"ndə, Saadet Ezgi Eyüboğlu - "Narkotik maddələrin istifadəsi üçün alınması"nda, Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü - "Fahişəliyə təhrik etmək və asanlaşdırmaq"da ittiham edilirlər.

Qeyd edək ki, iki gün əvvəl İstanbul Baş Prokurorluğu tərəfindən "istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək və ya saxlamaq" yaxud "narkotik və ya psixotrop maddə istifadə etmək" ittihamları ilə aparılan istintaq çərçivəsində 10 tanınmış şəxs barəsində saxlanılma qərarı çıxarılıb.

Melisa Döngel, Yusuf Güney və Cihan Şenözlü isə ünvanlarında tapılmamışdı. Saxlanılan Aleyna Tilki, İrem Sak, Danla Biliç və Mümine Senna Yıldızdan saç nümunələri götürüldükdən sonra dünən axşam sərbəst buraxılıb. Daha sonra isə Ezgi Eyüboğlu da daxil olmaqla səkkiz nəfər saxlanılmışdı.

Son xəbərlər