Narkotik əməliyyatları çərçivəsində onlar da saxlanıldı
Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları davam edir.
BAKU.WS xəbər verir ki, bu dəfə aktrisa Alina Bozun həyat yoldaşı, iş adamı Umut Evirgen saxlanılıb.
Umut həyat yoldaşının rol aldığı "Palamut zamanı" adlı ekran işini izləyərəkən "Zorlu PSM"də tutulub. Onun evində də reyd keçirilib, ifadəsi alındıqdan sonra isə sərbəst buraxılıb.
Umutla yanaşı başqa bir türkiyəli məşhur sima da saxlanılıb. Bu jurnalist Emrullah Erdinçdir.
Emrullah da həmçinin İstanbul Baş prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində saxlanılıb. Onun sərbəst buraxıldığı barədə isə məlumat yoxdur.
Xatırladaq ki, ötən gün axtarışa verilərkən ünvanında tapılmayan müğənni Yusuf Güney də polis tərəfindən saxlanılıb. O dindirilmək üçün ədliyyəyə gətirilb. Onun ifadəsi və qan nümunəsi alındıqdan sonra sərbəst buraxılıb.
Yusuf açıqlama yayaraq saxlanılmasının əsassız olduğunu səhhəti ilə bağlı başqa bir yerdə müalicə dövrü keçirdiyini vurğulayıb.
Yusufdan iki gün əvvəl isə İstanbul Baş Prokurorluğu tərəfindən məşhur adları hədəf alan narkotik əməliyyatı zamanı saxlanılan aktrisa Ezgi Eyüboğlu sərbəst buraxılıb.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İstanbul Baş Prokurorluğu tərəfindən "istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək və ya saxlamaq" yaxud "narkotik və ya psixotrop maddə istifadə etmək" ittihamları ilə aparılan istintaq çərçivəsində Melisa Döngel, Yusuf Güney və Cihan Şenözlü isə ünvanlarında tapılmamışdı. Saxlanılan Aleyna Tilki, İrem Sak, Danla Biliç və Mümine Senna Yıldız daha sonra sərbəst buraxılıblar.
Sosial media fenomeni Şeyma Subaşı isə xarici ölkədə olduğundan hələ saxlanılmayıb. O axtarışa verilib. Fenomen yaxın günlərdə İstanbula dönəcək.
Oxşar xəbərlər
Nüşabə Ələsgərli: "Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar"
"Bizim ailəmizdə müğənni olmayıb. Anamın və böyük bacımın gözəl səsi olub, amma sənətlə məşğul olmayıblar. Düşünürəm ki, onların sənətlə məşğul olmaq üçün yetər...