Narkotik əməliyyatlar zamanı daha 22 nəfər saxlanıldı
İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən narkotik əməliyyatları davam etdirilir. Bu dəfə 4 bölgədə aparılan əməliyyatlar zamanı 22 şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, İstanbul, Muğla, Adana və Antalyadakı əməliyyatlarda çoxlu miqdarda narkotik maddə aşkarlanıb.
Saxlanılan 20 nəfər Hamdi Burak Beşer, Mahmut Uğur Ziylan, Erdi Çetin, Uğur Can Peker, Melisa Şahin, İhsan Aygün, Melissa Fidan Çalışkan, Nuran Çokçalışkan, Burak Kaptan, Müzeyyen Karakan, Murat Can Şirin, Yağmur Uçkun, Atilla Aydın, Ozan Kılıç, Esra Yoldaş Balcı, Semavi Siverek, Mehmet Tosmur, Halime Göçmen, Ercan Siverek və Yılmaz Burak Bozkurtdur.
İstanbul Baş Prokurorluğu açıqlayıb ki, əməliyyat gizlilik və ciddi nəzarət altında aparılır. Saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlarda kokain, marixuana və narkotik istifadə üçün alətlər ələ keçirilib.
Saxlanılan şəxslər "narkotik maddələrin istehsalı və ticarəti", "narkotik və psixotrop maddələrin istifadəsini asanlaşdırmaq üçün yer və vasitələr təmin etmə", "narkotik maddələri almaq, qəbul etmək və ya saxlamaq" və "fahişəliyə təşviq və vasitəçilik"də ittiham edilirlər.
Sosial media fenomeni Ezgi Fındıq üçün də həbs qərarı verilib. O lüks həyat tərzi ilə seçilirdi. İstintaq hələ də davam edir.
Qalereya
Oxşar xəbərlər
Bacısı Dilan Polatı döydü
Sosial media fenomeni Dilan Polat Sıla Doğu tərəfindən döyülüb. BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkədə görüntülər paylaşıb. Dilan bacısı tərəfində...