Murad Arifin "3:0" adlı konsertindən GÖRÜNTÜLƏR

Murad Arifin 3:0 adlı konsertindən GÖRÜNTÜLƏR
Video
Şou-biznes 53

Məşhur müğənni Murad Arifin çoxdandır gözlənilən konserti baş tutub.

BAKU.WS xəbər verir ki, "3:0" adlı konsertdən əvvəl sənətçi jurnalistlərin suallarını cavablandırıb. O konsertində 20 ifa səsləndirəcəyini deyib.

Daha sonra konsert start götürüb. İfaçı konsertində dünyasını dəyişən məşhurları anıb. O ötən gün vəfat edən Əməkdar artist Cabir İmanovun da ailəsinə başsağlığı verib:

"Biz eyni sahənin adamlarıyıq. Onun ailəsinə başsağlığı veririk. Hər konsertində cana yaxın dostlarını xatırlayırsan. Bu gün Rəhim Rəhimlinin öldüyü gündür. Bu gün konsertimdə Əməkdar mədəniyyət xadimi Oqtay Əliyev olmalı idi, gənc dostumuz Azər Baxşəliyev olmalı idi. Amma o qrimi edib paltarı geyinib artist olmalısan. Növbəti mahnımı həyatımızda yeri görülən adamlara həsr edirəm. Onların yeri həmişə görünəcək".

Murad Arifin

Hit mahnıların bəstəkarı və ifaçısı Heydər Əliyev Sarayındakı konsertinə davam edib. Sənətçi sevilən duetlərini və mahnılarını pərəstişkarları üçün səsləndirib.

Bu ifalar arasında Murad Arifin "Dondurma", "Mənə Sən Lazımsan", "Oğlum", "Tufan", "Oppalara", "Yalnız səni gözlədim", "Saçların", "Partlat!", "Qızım" mahnıları yer alıb.

Maraqlı məqamlardan biri isə Xalq artisti Röya Ayxanın səhnəyə çıxması olub. Murad Arif onunla sevilən hitlərdən olan "Ona nə var ki…" adlı mahnını ifa edib. Həmkarların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Daha sonra sənətçilər bu ifanı Röya və Muradla səsləndirib.

Xatırladaq ki, Murad Arifin Heydər Əliyev Sarayında ilk konserti 2023-cü ilin mayında keçirilib.

"SOLO" adlı konsertlə 9 illik hesabat verib. İfaçının ötən il isə "HITMAKER" adlı möhtəşəm konserti baş tutub.

Son xəbərlər