"Müğənni kimləsə görüşürsə, əcəb edir" - Ayan
14
mar
2019
15:08
"Azərbaycanda ancaq toy bazarıdır. Konsertdən, klipdən pul qazanmaq yoxdur. Hər zaman da toydan burmaq ənənəsi olub. Hətta bir dəfə Manaf Ağayev zəng edib dedi ki, elə qiymət deyirsən səni burmaq istəyirəm".BAKU.WS-in məlumatına görə, bu sözləri müğənni Ayan Babakişiyeva "Hər şey daxil" verilişində deyib. İfaçı həmkarı Nadir Qafarzadə və musiqiçi Hüseyn Məhəmmədoğlunun xanım ifaçılar haqda dediyi təhqirlərə münasibət bildirib: "Hüseynin iki qızı, Nadirin oğlu var. Heç kim bilmir övladı sabah nə olacaq, hansı yolla gedəcək. Müğənninin həyatı açıq ortadadır. Elə müğənni almaq lazımdır ki, gizli-saxlı nəyisə qalmır. Heç kim heç kimin özəlinə toxunmaq olmaz. Namus mini ətəkdə deyil, beyindədir.Nadir əsəbi olur yazır və sonra silir. Ürəyitəmiz insandır, hislərinə qapılır. Pis yol nəyə deyirlər? Müğənni kimlə görüşür yaxşı edir, əcəb edir.O vaxtlar mənim adıma ləkələr yaxan İlhamə Quliyeva idi. Adımı çəkmirdi, nələr deyirdi. Axırda qayıtdım ki, məndən nə istəyirsiz? Onun kimi insan bir vaxtlar mənə nələrsə deyibsə, indi başqalarının deməsi "vız" gələr".BAKU.WS
Oxşar xəbərlər
"Müğənnilərin 90 faizi fahişədir" yazdı və...
Son günlər şou-biznesdə xanım ifaçıların ünvanına təhqirlər səsləndirən kişi müğənnilərin sayı artıb. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, ilk olaraq m...