Miri Yusifin yağış altında baş tutan konsertindən görüntülər
Xalq artisti Miri Yusif yayın ilk solo konsertini verib.
BAKU.WS xəbər verir ki, Sea Breeze-də baş tutan konsertdə Miri Yusif ard-arda sevilən mahnılarını səsləndirib.
O, tamaşaçılarla söhbət etməyi də unutmayıb. Xalq artisti tamaşaçılara təşəkkürünü bildirərək onların sevgisinin önəmindən bəhs edib.
Konsertdə Miri Yusifin ailə üzvlərini, yaxınları da iştirak edib. Miri Yusif ailə üzvlərinə və ruh əkizləri adlandırdığı fanatlarına səslənərək onların dəstəyini daim hiss etdiyini də vurğulayıb.
Sənətçi səhnə dekorasiyası, səhnə işıqları, rəqslərlə gecəyə xüsusi hazırlaşdığını sübut edib. Gur işıqların arasında səhnəyə çıxan müğənni yağış yağmasına baxmayaraq konserti yarımçıq saxlamayıb.
Konsertdə diqqət çəkən digər məqam isə gənclərin evlənmək təklifi üçün səhnəyə çıxması olub.
Gecə atəşfəşanlıqla sona çatıb.
Qalereya
Oxşar xəbərlər
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz edibl...