Miri Yusif Varşavada konsert verdi
Xalq artisti Miri Yusif Varşavada konsert proqramı ilə çıxış edib.
BAKU.WS xəbər verir ki, konsert şəhərin mərkəzində yerləşən OCZKI klubunda baş tutub və yerli azərbaycanlı icması ilə yanaşı, müxtəlif millətlərdən olan musiqisevərləri bir araya gətirib.
28 May - Müstəqillik Günü münasibətilə soydaşlarımız ilə bir araya gələn Miri Yusif səhnədə DJ China ilə birlikdə çıxış edərək, həm yeni, həm də illərdir sevilən hitlərini ifa edib.
Repertuarında "Ağ təyyarə", "Karma" və "Sənin üçün" kimi məşhur mahnılar yer alıb. Konsertin təşkilatçıları tədbirin yüksək səviyyədə keçməsi üçün xüsusi səhnə və səs texnologiyaları tətbiq ediblər.
Tamaşaçılar Miri Yusifin canlı ifasına böyük coşqu ilə qoşulublar və konsert boyu müğənni ilə birlikdə mahnılar səsləndiriblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi
Azərbaycanlı müğənni Sofi Fayro yeni "Stop Cortisol" klipini təqdim edib. Layihə daxili harmoniyanın qorunması, emosional balansın bərpası və insanın psixoloji...