Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi

09
fev
2019
17:53
Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi Fərhad təxəllüslü Rəcəb İbrahimi Korabazlı 83 yaşında dünyasını dəyişib.BAKU.WS-in məlumatına görə, şair Fərhad İbrahimi 1936-cı ildə İranın Ərdəbil vilayəti Nir şəhərinin Korabazlı kəndinin Yurdçu məntəqəsində dünyaya göz açıb.F.İbrahimi bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.“Ayrılıq” mahnısı ilk dəfə Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran radiosunda səsləndirilib.BAKU.WS

Oxşar xəbərlər
Qara Mustafayev dünyasını dəyişdi
Azərbaycanın məşhur alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin (BDU) "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri...