Metyu Perrinin ölümünə görə həkimi 30 ay həbs edildi
İki il əvvəl vanna otağında ölü tapılan aktyor Metyu Perrinin həkimi həbs edilib.
BAKU.WS xəbər verir ki, 54 yaşlı Metyunun ketamindən (anesteziya prosesini başlatmaq və saxlamaq üçün istifadə edilən bir dərmandır) öldüyü ortaya çıxdığı üçün həkim Salvador Plasensiya 30 ay həbs cəzası verilib.
O ketamini başqa bir həkim dostundan alaraq Perriyə satıb. Bunu da özü etiraf edib. Məhkəmədə onun 40 il həbsi istənilsə də, hakim onun 30 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Həkim proses zamanı Perrinin ailəsindən də üzr istəyib:
"Etdiyimin müdafiə ediləcək bir tərəfi yoxdur. Zamanı geri ala bilmirəm. Hamınızdan üzr istəyirəm. Onu qorumalı idim. Lakin buna nail ola bilmədim".
Məhkəməyə təqdim edilən sübutlar arasında Salvadorun səs yazısı da olub. Onun həmkarına Metyu haqqında "Görəsən bu axmaq ketaminə nə qədər ödəyəcək" - deyə səs atdığı da ortaya çıxıb.
Qeyd edək ki, aktyor 2023-cü ildə oktyabrın 28-də Malibuda şəxsi evinin vanna otağında ölü tapılıb.
Oxşar xəbərlər
Azərbaycanlı müğənni efirdə VƏSİYYƏTİNİ AÇIQLADI
Müğənni Əlikram Bayramov ilk dəfə vəsiyyətini açıqlayıb. BAKU.WS xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində bütün var-dövlətini oğlu Qalibə vəsiyyət etd...