Metrodan bir dəfə də olsa istifadə edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Metrodan bir dəfə də olsa istifadə edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Foto
Şou-biznes 263

Yerli məşhurlar bəzən ektrimal vəziyyətlərdə lüks avtombillərindən deyil də, hamı kimi ictimai nəqliyyatdan istifadə ediblər. Ünvana rahat və tez zamanda çatmaq üçün bir dəfə də olsa metrodan istifadə edən tanınmışlar var. Yeraltı nəqliyyat vasitəsində görüntülənən bu məşhurlar əsasən müğənnilərdir. 

Bu dəfə BAKU.WS saytı olaraq həmin məşhurları araşdırdıq. Sözügedən siyahını oxuculara təqdim edirik:

Əməkdar artist Rafael İsgəndərov

Əməkdar artist Rafael İsgəndərov metrodan bir dəfə də olsa istifadə edən məşhurlar sırasındadır. O sosial şəbəkə paylaşımlıarıından birində sonuncu dəfə 21 il əvvəl metrodan istifadə etdiyini bildirib. "21 il aradan sonra, yenidən metrodan istifadə etdim. Uşaqlıq və gənclik illərinə qayıtdım. Bakı metrosu çox gözəldir" - deyə,  o qeyd edib. Aktyorun "Bakı Metropoliteni"ndə lenə alınan görüntüləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Müğənni Fuad Musayev

Müğənni Fuad Musayev də bir dəfə metrodan istifadə edib. Sənətçi şəhərdə tıxacda qalmamaq üçün bu addımı atıb. İfaçını metroda görən sərnişinlər xeyli təəccübləniblər. Bəziləri isə müğənni ilə salamlaşıb. Fuad Musayevin metrodakı pozitiv anları ətrafdakı sərnişinlər tərəfindən görüntülənib.

Müğənni Gülay Zeynallı

Müğənni Gülay Zeynallı illər sonra metrodan Rusiyada istifadə edib. Moskvada olan sənətçi gedəcəyi ünvana metro ilə yollanıb. Həmin anları instaqramda paylaşan Gülay "17 il sonra yenidən metro" şərhini qeyd edib.

Klarnetçi Hüseyn Məhəmmədoğlu

Klarnetçi Hüeyn Məhəmmədoğlu da toya gedərkən metrodan istifadə edib. O, soyuq qış ayında qarlı havaya görə bu ictimai nəqliyyat vasitəsindən istifadə edib. "Bu da bir gözəl günün demək olar ki, başlanğıcı. Maşını həyətdən tərpədə bilmədim. Metro ilə toya gedirik. Yaxşı ki, metro var. Yoxsa toya da gedə bilməyəcəkdik"- deyə o, bildirib.

Müğənni Günel Zeynalova

Müğənni Günel Zeynalova 2022-ci ildə "Bakı Metropoliteni"ndə görüntülənib. Lakin ifaçı "Sultan" klipinin çəkilişləri üçün metrodan istifadə edib. Ekran işinin Bakı Metropolitenində lentə alınması böyük maraqla qarşılanıb. 

Əməkdar artist Səlim Abbasov

Səlim Abbasov da bir dəfə də olsa metrodan istifadə edən məşhurlardandır. O bir neçə gün əvvəl "Bakı Metropoliteni"nin "Xətai" stansiyasında görüntülənib. 

Musiqiçi "Xətai"dən "28 May" stansiyasına gedib. 

Aparıcı Mümtaz Xəlilzadə

Aparıcı Mümtaz Xəlilzadə də metrodan istifadə edib. O bu barədə sosial şəbəkə hesabında görüntülər paylaşıb. 

Aparıcı Afaq Gəncəli

Aparıcı Afaq Gəncəli illər əvvəl "Bakı Metropoliteni"ndən istifadə edib. Sosial şəbəkədə metrodan fotosunu paylaşan aparıcının yanında Əməkdar artist Abbas Bağırov da olub. Məşhurlar mertoda veriliş üçün bir araya gəliblər. 

Son xəbərlər