Məşhurlara qarşı narkotik əməliyyatı davam edir: 17 nəfər saxlanıldı
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı narkotik əməliyyatı həyata keçirilib.
BAKU.WS xəbər verir ki, əməliyyat gecə saatlarında baş tutub.
Hüquq-mühafizə orqanlarının təşkil etdiyi əməliyyat nəticəsində ümumilikdə 17 nəfər saxlanılıb.
Əməliyyat çərçivəsində məşhurların tez-tez üz tutduğu Lucca, Kütüphane, Boop Kuruçeşme və Terapi gecə klublarında da axtarışlar aparılıb.
Saxlanılan şəxslər arasında bir sıra tanınmış adlar da yer alır.
Belə ki, Lucca məkanının sahibi Cem Mirap, Kütüphane-nin sahibi Əli Yaşar Koz, Nusret restoranlar şəbəkəsi ilə əlaqəli Özgür Gökçe, Fiko restoranının sahibi Fikret Aydoğdu, sabiq hakim Elif Karaaslan, "Kısmetse Olur" proqramı ilə tanınan Cansel Ayanoğlu, həmçinin məşhur aktrisa Ezgi Molanın keçmiş həyat yoldaşı Mustafa Liçina Aksakallı və Samet Liçina da saxlanılanlar arasındadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Məşhur aktrisa iki illik ağrılardan sonra əməliyyat olundu
Məşhur aktrisa Ceyda Ateş əməliyyat olunub. BAKU.WS xəbər verir ki, aktrisa təxminən iki ildir çiynində başlayan və qısa müddətdə qoluna yayılan şiddətli ağrıl...