Məşhurlar vəfat edən bəstəkardan yazdılar: "Görüşməli idik, amma işlərin imkan vermədi"

Ötən gün Tanınmış bəstəkar Ruslan Əhmədoğlu vəfat edib. Bəstəkarın Türkiyədə istirahətdə olarkən qəfil səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Onun vəfatı ailə üzbləri və yaxnıları ilə yanaşı məşhurları da yasa boğub. Müğənnilər sosial şəbəkə hesablarında onun foto və videolarını paylaşaraq statuslar yazıblar.
BAKU.WS sözügedən paylaşımları təqdim edir:
Müğənni İlahə İbadova
"Mənə maraqlı videolar göndərirdim. Ən çox da Cavidlə bağlı videolar idi. Görüşməli idik. Dedin hamımız oturaq söhbət edək. Amma işlərin imkan vermədi. Paylaşımları görəndə inanmadım. Şokdayam. Allah rəhmət etdin deməyə belə dilim gəlmir. İncimə!".
Müğənni Xatirə İslam
"Ruslan, bilirsən səni niyə çox istəyirdim? Çünki sən mənim səsilə nəfəs alırdın. Buna görə də səni ikiqat çox istəyirdim. İki gün əvvəl mənə yazmışdı. O ürəyi istəmədiyi adama heç vaxt yazmazdı. Öz-özümə dedim ki, bir iki günə onu görərəm. Amma qismət olmadı. Musiqini sevən adam... Allah sənə rəhmət etsin".

Müğənni Manaf Ağayev
"Allah sənə rəhmət etəsin! Heyif, səndən qardaş...".
Aparıcı Hacı Nuran Hüseynov
"Onun ölüm xəbərini almaq mənə çox pis təsir etdi. Gənc və istedadlı idi. Musiqi ruhuna hakim idi. Bir çox mahnılara vəsiqə vermişdi. Onun bəstələrini Röyanın, Zamiqin ifasında sevdik. Bu gün onun vəfat xəbərini eşitdik. Mərhəmətli, xeyirxah insan idi Ruslan. Hətta şəhidlərə həsr etdiyi mahnısı qısa zamanda böyük şöhrət qazandı. Heyf ki, tale yazısı belə qısa və amansız oldu. Ömrünün ən gözəl çağında onu yarıyolda, arzuları qəlbində qaldı. Yerin behişt olsun. Yaxınlarına Allahdan səbr diləyirəm! Qəbrin nurla dolsun".

Müğənni Kamilla
"Niyə axı belə tez getdin Ruslan? Sən güclü idin. Niyə belə ədalətsiz qərar verdin? Kaş yalan olardı. Səhəri bu xəbərlə açdım. Mənə yazdığın mahnını çıxaracaqdıq. Hər şey yarımçıq qaldı. İnsanı nəfis göz bitirirmiş".

Əməkdar artist Elton Hüseynəliyev
"Ağlıma gəlməz idi ki günü bu xəbərlə açacağam. Gözəl gəlbin sahibi, bizi tərk etdin! Məkanın cənnət olsun!".
Əməkdar artist Vasif Məhərrəmli
"Bu dünyadan bir Ruslan Əhməd oğlu gəlib keçdi. Filmin sonu...".
Məlumat üçün bildirək ki, Ruslan Əhmədoğlu Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Nuri Sərinləndirici "Labubu" təqdimatı ilə təəccübləndirdi
Müğəni Nuri Sərinləndirici qeyri-adi addımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o son zamanların trend oyuncağı "Labubu"ya mahnı həsr edib. Sənətçi Azər...
