Məşhurlar 97 yaşlı Haldun Dormenin vəfatından yazdılar

Məşhurlar 97 yaşlı  Haldun Dormenin vəfatından yazdılar
Foto
Şou-biznes 91

Ötən gün türkiyəli məşhur teatr aktyoru Haldun Dormen 97 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, onun dünyasını dəyişməsi Türkiyə sənət camiəsindəki məşhurları yasa boğub. Bəzi tanınmış müğənni və aktyorlar onun vəfatı ilə bağlı sosial şəbəkə hesablarında paylaşımlar ediblər.

Sözügedən paylaşımları bəzilərini oxuculara təqdim edirik:

Meqastar Tarkan

"Türk teatrının dühası, rejissoru, pedaqoqu, aktyoru və dramaturqu, çox dəyərli hörmətli Haldun Dormeni itirməyin dərin kədəri hissini yaşayıram. Türk teatrına verdiyi böyük töhfələrlə yanaşı, şəxsiyyətinin zərifliyi, nəcibliyi və centlmenliyi ilə də onu hörmət və sevgi ilə xatırlayacağıq. Yeri bir daha dolmayacaq, yaşayan bir əfsanə idi. Nur, işıq içində yatsın... Bütün sevənlərinə, ailəsinə və yaxınlarına başsağlığı verirəm..."

Məşhurlar 97 yaşlı  Haldun Dormenin vəfatından yazdılar

Müğənni Ajda Pekkan

"Türk teatrının memarlarından, usta rejissor Haldun Dormeni itirməyin dərin hüznünü yaşayıram. O, təkcə tamaşalar səhnələşdirən bir rejissor deyildi; teatra intizam, zəriflik, müasir yanaşma və universal bir görünüş qazandıran böyük bir usta idi. Yetişdirdiyi saysız-hesabsız sənətçi, toxunduğu hər səhnə və qoyub getdiyi mədəni irs onu daim yaşadacaq. Haldun Dormenin işığı, heç vaxt bağlanmayan səhnələrdə əbədi olaraq parlayacaq".

Məşhurlar 97 yaşlı  Haldun Dormenin vəfatından yazdılar

Müğənni Gülben Ergen

"Ustam, böyük qardaşım, müəllimim, dostum, əziz Haldun qardaşım... Aktyorluğu, dürüstlüyü, zəhmətkeşliyi, intizamı və təvazökarlığın bir həyat tərzi olduğunu illərlə ondan öyrəndim. Həyatıma, sənətə, ölkəmizə, teatra, tələbələrinizə və sevənlərinizə bu qədər gözəllik qatdığınız üçün minnətdaram. Məkanınız cənnət olsun. Dəyərli ailəsinə səbir diləyirəm".

Məşhurlar 97 yaşlı  Haldun Dormenin vəfatından yazdılar

Aktrisa və aparıcı Ceyda Düvenci

"Hər zaman var idin, həmişə varsan, həmişə olacaqsan… HamımızI öyrətdin. Yaxşı ki, bizim sənətkarımız oldun. Yaxşı ki, səni izləyərək böyüdük. Atamın müəllimi oldun. Son nəfəsinə qədər yaratdın, sənət üçün yaşadın, arxanda bir sənət əsəri kimi həyat buraxdın. Biz səndən çox razıyıq. Şəxsim adına qatdıqların, öyrətdiklərin və nümunə olduqların üçün təşəkkür edirəm…".

Məşhurlar 97 yaşlı  Haldun Dormenin vəfatından yazdılar

Xatırladaq ki, Haldun Dormen müalicə aldığı xəstəxanada həyatını itirib. O, uzun illər türk teatrı, kino və televiziya dünyasında aktyor, rejissor, müəllim və dramaturq kimi şöhrət qazanıb. Son vaxtlar infeksiya səbəbindən xəstəxanada müalicə alırdı və vəziyyəti kritik idi.

Məşhurlar 97 yaşlı  Haldun Dormenin vəfatından yazdılar

Son xəbərlər