Məşhur müğənninin keçmiş gəlinin evi yandırılıb

Məşhur müğənninin keçmiş gəlinin evi yandırılıb
Şou-biznes 285

Müğənni və aktyor Gökhan Güneyin oğlu Selim Güney ilə bir müddət ailəli olan Ece Güneyin İstanbulun Esenyurt rayonundakı mənzili sevgilisi tərəfindən yandırılıb.

BAKU.WS xəbər verir ki, hadisə yanvarın 26-da Esenyurtun Talatpaşa məhəlləsində yerləşən yaşayış kompleksində qeydə alınıb. İddialara görə, Ece Güney ilə sevgilisi arasında baş verən mübahisə böyüyüb və bundan sonra kişi evi qəsdən yandırıb. Qısa müddətdə alov bütün mənzili bürüyüb.

Əraziyə dərhal çoxsaylı yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində nəzarətə götürülərək söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, mənzilə ciddi maddi ziyan dəyib. Evi yandırmaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Hadisənin şahidi olan bina sakini Necla Türk bildirib ki, tərəflər içkili vəziyyətdə olublar və mübahisə zamanı şübhəli şəxs polis əməkdaşlarına belə "evi yandıracağını" deyib. Onun sözlərinə görə, polis ərazidən ayrıldıqdan sonra Ece Güney mənzildən çıxarılıb və qısa müddət sonra şübhəli şəxs evi yandırdığını etiraf edib.

Digər sakin Haluk Demir isə mübahisə səslərinə oyandıqlarını, bir müddət sonra isə binada güclü tüstü yayıldığını bildirib. Onun sözlərinə görə, hadisədən sonra əraziyə çoxlu sayda polis, təcili tibbi yardım və yanğınsöndürən cəlb olunub.

Qeyd edək ki, Ece Güney daha əvvəl də Esenyurtda baş verən başqa bir yanğın hadisəsi ilə gündəmə gəlmiş, həmin vaxt da yanğını onun törətdiyi iddia olunmuşdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək

57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək

Türkiyəli müğənni və bəstəkar Nev (Nevzat Doğansoy) reanimasiyadan çıxıb.  BAKU.WS xəbər verir ki, 57 yaşlı müğənniyə qaraciyər köçürüləcək. Xatırladaq ki, sənə...

103 Şou-biznes 15:37 01 oktyabr 2026

Son xəbərlər