Məşhur müğənni texnologiya nəhəngindən 15 milyon dollar tələb edir - SƏBƏB
Məşhur müğənni Dua Lipa yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o texnologiya şirkəti "Samsung"a qarşı 15 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.
İddiada bildirilib ki, şirkət onun icazəsi olmadan görüntüsünü televiziya qutularının üzərində istifadə edib.
Bu Dua Lipanın "Austin City Limits Music Festival"dakı çıxışı zamanı çəkilmiş fotolarıdır.
Müğənni vəziyyətdən xəbər tutduqdan sonra görüntüsünün istifadəsinin dayandırılmasını tələb edib. Lakin onun iddiasına görə, şirkət bu tələbi rədd edib.
Şikayət ərizəsində qeyd olunub:
"Dua Lipanın siması xəbəri və razılığı olmadan, heç bir nəzarət və ya iştirak haqqı tanınmadan, istehlak məhsulunun genişmiqyaslı reklam kampaniyasında açıq şəkildə istifadə olunub."
"Samsung" məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Oxşar xəbərlər
57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir
Holivud ulduzu Cennifer Lopezin yeni sevgilisi var. BAKU.WS "Page Six"a istinadən xəbər verir ki, aktyor Benn Afflekdən ayrıldıqdan sonra uzun müddət tənha qal...