Məşhur müğənni səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?

Məşhur müğənni Adelin səhnədə hər zaman qapalı geyinməsi və rəqs etməməsi müzakirə edilən mövzulardan biridir. Onu çox vaxt səhnədə qara uzun libasda görmək mümkündür. Sənətçi mahnı ifa edən zaman eyni yerdə dayanır və ya yorulub oturur. Bəs necə oldu ki, səhnədə sadəcə dayanaraq oxuyan, açıq-saçıq libas geyinməyən və heç bir şou göstərməyən Adel qısa müddətdə milyonların qəlbini fəth etdi?
BAKU.WS xəbər verir ki, hazırda bir çox dünya ulduzu səhnədə iddialı və cəsarətli geyimləri ilə diqqət çəkirlər. Şakira, Cennifer Lopez, Beyons, Rihanna və digərləri... Onlar həm də rəqs şouları və təəccübləndirici performansları ilə marağa səbəb olurlar.

Dünyanın ən təsirli səslərindən birinə sahib müğənni Adel isə karyerasının başlanğıcından bu günə qədər özünə tamam ayrı yol, tərz və üslub seçib.

Bu səbəbdən də pərəstişkarları onu nə səhnədə rəqs edərkən, nə də iddialı kostyumlarda görməyib. Çünki Adelə görə musiqi bir şou deyil, ruhun dilidir. Musiqi gözlərə deyil, ürəklərə təsir etməlidir.

Hətta o müsahibələrindən birində "Yaxşı görünməyi sevirəm, lakin insanların mənə baxmasını deyil, məni dinləməsini istəyirəm" deyə bildirib.

Sənətçinin bu sözləri uzun müddət müzakirələrə səbəb olsa da, Adel bu gün qlobal səviyyədəki uğurunu tamamilə öz istedadı hesabına qazanıb. O xarici görünüş və ya hər hansı bir şouya sığınmadan sadəcə səsi ilə insanların qəlbini fəth edib.

Qalereya
Oxşar xəbərlər
Kevin Kostnerin keçmiş həyat yoldaşı onun ən yaxın dostu ilə evləndi
Hollivud ulduzu Kevin Kostnerin keçmiş həyat yoldaşı ona həyatının şokunu yaşadıb. BAKU.WS xəbər verir ki, Kristin Bamqartner aktyorun ən yaxın və yeganə dostu...
