Məşhur müğənni ilə keçmiş nazirin münasibəti sosial şəbəkəni ÇALXALADI

Məşhur müğənni ilə keçmiş nazirin münasibəti sosial şəbəkəni ÇALXALADI
Şou-biznes 823

Məşhur müğənni Keti Perri ilə Kanadanın keçmiş baş naziri Castin Trüdonun münasibəti gündəmdə qalmaqda davam edir. Keti Perrinin "Instagram" hesabında paylaşdığı romantik fotolar sosial şəbəkələrdə geniş marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, dünya ulduzu olan müğənni izləyiciləri ilə paylaşdığı 20 fotodan birində Trüdo ilə birlikdə çəkilmiş görüntüyə də yer verib. Cütlüyün artıq münasibətlərini gizlətmədiyi diqqət çəkib.

Paylaşılan fotolardan birində Kanadanın rəmzi sayılan qızılı rəngli ağcaqayın yarpağı formasında boyunbağı da görünür. Cütlüyün istirahət zamanı çəkilən şəkilləri minlərlə bəyənmə toplayıb.

Qeyd edək ki, Keti Perri və Castin Trüdo ötən ilin oktyabr ayının sonunda Parisdə keçirilən tədbirdə əl-ələ görüntülənmişdilər. Daha sonra onlar Yaponiyanın keçmiş baş naziri Fumio Kişidaya etdikləri səfərlə də gündəmə gəlmişdilər.

Kişida həmin görüşlə bağlı paylaşımında "Kanadanın keçmiş baş naziri yeni tərəfdaşı ilə birlikdə Yaponiyanı ziyarət etdi və həyat yoldaşımla birlikdə naharda iştirak etdi" qeydi etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məhəbbət Kazımovun qardaşı vəfat etdi

Məhəbbət Kazımovun qardaşı vəfat etdi

Mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşı vəfat edib. BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, Qənimət Kazımov xəstəlik səbəbindən dünyasını dəyişib....

372 Şou-biznes 17:54 28 may 2026

Son xəbərlər