Məşhur aktyorun qızı "dirilən" atasından şikayətləndi
11 il əvvəl vəfat edən aktyor Robin Uilyamsın qızı Zelda insanlardan atasının süni intellektlə çəkilən videolarını ona göndərməməyi xahiş edib.
BAKU.WS xəbər verir ki, o atasının belə yaradılan şəkillərini və görüntülərini heç vaxt başa düşməyəcəyini bildirib.
O, əmindir ki, atası bunu istəməzdi.
Sənətçinin qızı "Əgər nəzakətiniz varsa, mənə, ona və hamıya bunu etməyi dayandırın. Bu sadəcə axmaqlıqdır və vaxt itkisidir" deyə paylaşım edib.
Xatırladaq ki, Robin Uilyams 2014-cü il avqustun 11-də vəfat edib. Məşhur sənətçi uzun illər alkoqol və narkotik asılılığı ilə mübarizə aparıb.
Oxşar xəbərlər
Tarantino XXI əsrin 20 ən yaxşı filmini açıqladı - SİYAHI
Amerikalı rejissor Kventin Tarantino XXI əsrin ən yaxşı 20 filmini açıqlayıb. BAKU.WS xəbər verir ki, o, siyahıya yalnız beynində dərin iz buraxan filmləri dax...