Məşhur aktyorların 8 illik evliliyi bitdi
Tanınmış aktyorlar Erkan Kolçak Köstendil və Cansu Tosunun 8 illik evliliyi rəsmi olaraq bitib.
BAKU.WS xəbər verir ki, məşhur cütlük Gemlik Ədliyyəsində keçirilən məhkəmə prosesində qarşılıqlı razılıq əsasında boşanıb.
Məlumata görə, tərəflər bu qərarı ortaq şəkildə qəbul edib.
Cütlüyün övladının qəyyumluğu anaya verilib.
Bildirilir ki, Erkan Kolçak Köstendil və Cansu Tosun münasibətlərini dostluq çərçivəsində sonlandırıb və oğullarına görə bundan sonra da dostluqlarını davam etdirəcəklər.
Onların ayrılığı sosial şəbəkələrdə və maqazin gündəmində geniş müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Nebahat Çehre 80-ci illərdə çəkilən fotosunu yaydı
Məşhur aktrisa Nebahat Çehre sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında 80-ci illərdə çəkilən fotosunu payla...