Məşhur aktyorlar eyni serialda çəkiləcəklər
Türkiyənin "Go Türkiye" layihəsində yeni ulduz heyəti bəlli olub. Bunlar tanınmış aktyorlar Murat Yıldırım, Fahriye Evcen və Sedef Avcıdır.
BAKU.WS xəbər verir ki, Türkiyənin turizm potensialını dünyaya tanıtmaq məqsədilə fəaliyyət göstərən Türkiyə Turizm Təşviqi və İnkişaf Agentliyi tərəfindən hazırlanan mini seriallar silsiləsinə yeni layihə əlavə olunub.
Tanınmış aktyorların rol aldığı bu ekran işi "NTC Media" tərəfindən həyata keçiriləcək.
Yeni layihənin baş rollarında Murat Yıldırım, Fahriye Evcen və Sedef Avcı yer alacaq.
Murat və Fahriyenin 2017-ci ildə çəkildikləri "Sonsuz Aşk" filmindən sonra yenidən eyni layihədə rol alması maraq doğurub.
Layihənin rejissoru Semih Bağcı, ssenari müəllifi isə Yekta Torun olacaq.
Yeni serialda Türkiyənin turistik yerləri tamaşaçılara təqdim ediləcək. Bu dəfə çəkilişlər əsasən Göcek və Bodrum bölgələrində reallaşacaq.
Çəkilişlərin may ayının ilk yarısında başlanması planlaşdırılıb.
Yeni layihənin həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən maraqla qarşılanacağı gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Məşhur aparıcı Bakıda zibil maşını sürdü
ATV kanalında yayımlanan "Həmişə iş var" verilişinin yeni buraxılışı maraqlı anlarla yadda qalıb. BAKU.WS xəbər verir ki, aparıcı Fərid Rəsul veriliş zamanı zi...