Məşhur aktyor xəstəliyi səbəbindən intihar etdi

Məşhur aktyor xəstəliyi səbəbindən intihar etdi
Foto
Şou-biznes 184

Hollivud ulduzu Robert Karradin intihar edib.

BAKU.WS xəbər verir ki, o xəstəliyi səbəbindən bu addımı atıb.

Karradin 20 ildir ki, "bipolyar pozğuntu" (insanın həyat keyfiyyətinə və sosial fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən kompleks psixi sağlamlıq vəziyyətidir) adlı psixi xəstəlikdən əziyyət çəkirdi.

Onun vəfatı ilə bağlı ailəsi məlumat yayıb.

"Bu qədər qaranlıq hiss bağışlayan dünyada Robert həmişə ətrafındakılar üçün bir işıq olub. Bu gözəl ruhun itkisindən sarsılmışıq. O 20 ildir ki, "bipolyar pozğuntu" ilə mübarizə aparırdı. Anlayışınıza və şəfqətinizə görə minnətdarıq" -deyə açıqlamada qeyd edilib.

Aktyor "Lizzie McGuire," "Revenge of the Nerds" və "The Long Riders" kimi layihələri ilə gündəmə gəlmişdi.

Məşhur aktyor xəstəliyi səbəbindən intihar etdi

Son xəbərlər