Məşhur aktyor "Teşkilat"dan ayrılır?
Türkiyənin məşhur "Teşkilat" serialının pərəstişkarları üçün sevindirici xəbər var. Layihənin əsas simalarından olan Tolqa Sarıtaş yeni mövsümdə də ekranlarda görünəcək.
BAKU.WS xəbər verir ki, aktyor serialın prodüserləri ilə aparılan danışıqları uğurla yekunlaşdırıb və 7-ci mövsümdə iştirakını rəsmiləşdirib.
Hazırda yaradıcı heyət onun canlandırdığı obraz üçün yeni tərəf müqabili seçimi üzərində çalışır.
Beləliklə, Tolqa Sarıtaş "Teşkilat" tarixində üç mövsüm ardıcıl olaraq baş rol alan ilk aktyor kimi rekord göstəriciyə imza atacaq. Bundan əvvəl serialın baş qəhrəmanlarını canlandıran Çağlar Ertuğrul və Murat Yıldırım layihədə iki mövsüm iştirak etdikdən sonra ayrılmışdılar.
Yeni mövsümdə Tolqa Sarıtaşın hekayəsinin hansı istiqamətdə inkişaf edəcəyi isə izləyicilər tərəfindən maraqla gözlənilir.
Oxşar xəbərlər
"L7" qrupunun üzvü Cennifer Finç vəfat edib
Amerikanın məşhur rok qrupu "L7"nin vokalçısı və bas gitara ifaçısı Cennifer Finç 59 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət beyi...