Məşhur aktrisa Almaniyada axtarışa verildi - Sevgilisindən 84 000 avro alıb...
Türkiyəli aktrisa Biran Damla Yılmaz Almaniyada axtarışa verilib.
BAKU.WS xəbər verir ki, "Halef" serialındakı rolu ilə tanınan cazibədar aktrisa Almaniyanın Hamburq şəhərində plastik əməliyyat keçirib.
O, sözügedən əməliyyat üçün sevgilisindən 84 000 avro alsa da, həmin məbləği klinikaya ödəməyib.
Ödənişi ala bilməyən estetik mərkəzi dərhal hüquq-mühafizə orqanlarına müraciət edərək cinayət işi qaldırıb.
Plastik əməliyyatın pulunu mənimsəməkdə ittiham olunan məşhur aktrisa barəsində Almaniyada rəsmi həbs və yaxalama qərarı çıxarılıb.
Biran Damla Yılmaz ən son "Halef" serialında çəkilib.
Oxşar xəbərlər
Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir"
Aparıcı Aytən Səfərova şəkərdən imtina edib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, bunun səbəbləri haqda "Xəbər ertəsi" proqramında danışıb: "Son vax...