Mert Demir, Burak Deniz və digər türkiyəli məşhurlar SAXLANILDI
İstanbuldakı narkotik əməliyyatı çərçivəsində tanınmış şəxslərin də daxil olduğu 14 nəfər barəsində saxlanılma qərarı verilib. Şübhəlilərdən 11-i saxlanılıb, 2 nəfər axtarışdadır, 1 nəfərin isə ölkə xaricində olduğu müəyyən edilib.
BAKU.WS xəbər verir ki, İstanbul Anadolu Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində aralarında Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu (Norm Ender) və Enes Gülerin də olduğu 14 nəfər haqqında qərar çıxarılıb.
Səhər saatlarında keçirilən eyni vaxtlı əməliyyatlar zamanı 11 şübhəli saxlanılıb.
Digər 2 şübhəlinin qaçdığı, 1 nəfərin isə xaricdə olduğu bildirilib.
Oxşar xəbərlər
70 yaşlı Əməkdar artist: "30 il əvvəl geyindiyim paltarları indi Cennifer Lopez geyinir…"
"Hansı müğənni məndən paltarımı istəsə ona hədiyyə edərəm, qurbandır. Mən çox ucuz bir parçanı alıb ondan gözəl geyimlər hazırlayıram". BAKU.WS xəbər verir ki,...