Manana illər sonra mərhum Xalq artistinə verdiyi sözü tutdu
Əməkdar artist Manana Çaparidze yaradıcılığında növbəti bir uğura imza atıb.
BAKU.WS xəbər verir ki, mərhum Xalq artisti Aftandil İsrafilovun əfsanəvi "Basqalı rəqsi" əsərinə öz ifası ilə yeni nəfəs verib.
Əsərin musiqisi Aftandil İsrafilova, sözləri isə Əməkdar artistin özünə aiddir.
Onu da vurğulayaq ki, "Basqalı rəqsi" adlanan əsərin ilk Azərbaycan dilində ifaçısı Əməkdar artist Manana Çaparidzedir. Sənətçinin ifasında əsər mahnıya çevrilərək "Basqalım mənim" adlanır.
Sənətçi kompozisiyanın yaranma ideyası haqqında bunları danışıb:
"Bir neçə il əvvəl, çıxış etdiyim tədbirlərdən birində mərhum qarmon ustası, hörmətli Avtandil müəllim İsrafilovla görüşdüm. Söhbətimiz çox səmimi keçdi və birdən o mənə dedi: "Manana, qızım, bilirsənmi ki, sənin ifa etdiyin mahnılardan birində səslənən musiqi parçası "Basqalı rəqsi" mənim bəstəm, mənim əsərimdir." Elə həmin anda o, mənə bir xahişlə müraciət etdi. Elə bir xahiş ki, bu günə qədər ürəyimdə yaşayır. O istəyirdi ki, bu əsər artıq mahnı kimi mənim ifamda səslənsin. Məhz buna görə mənə xeyir-dua verdi ki, bu bəstənin əsasında mahnı yaradım və onun Azərbaycan dilində ilk ifaçısı olum. Bu gün mən Aftandil müəllimin bizə miras qoyduğu əsəri təqdim etdim".
"Basqalım mənim" artıq bütün rəqəmsal platformalara yerləşdirilib.
Oxşar xəbərlər
Fərda və Elməddinlə aralarındakı soyuqluqdan danışdı: "Küsüb, çıxıb getmişəm"
Tanınmış aktyorlar Elməddin Cəfərovla Fərda Amin əvvəllər aralarında yaranan soyuqluqdan danışıblar. BAKU.WS xəbər verir ki, "Gün ortası" verilişinə qonaq olan...