Manana "Dünya sənlə gözəldir"i təqdim etdi
10
yan
2026
15:17
Əməkdar artist Manana Caparidze yeni mahnısını təqdim edib.
BAKU.WS xəbər verir ki, sevilən müğənni "Dünya sənlə gözəldir"adlı mahnısını sevənlərinin ixtiyarına verib.
Mahnının musiqisi müğənni Elçin Cəfərova, sözləri isə Rafael Şabanova məxsusdur.
Nəğməni Elvin İmanov aranjıman edib. Gitarada İntizar Məmmədzadə, saksafonda isə Lütfiyar Əliyev ifa edib.
Ritmik mahnıya müğənni xüsusi çarx da çəkib. Əməkdar artist görüntülərdə rəqsi ilə də göz oxşayıb. Sənətçinin yeni layihəsi şəxsi "YouTube" kanalında, həmçinin də bütün musiqi platformalarında yayımlanıb.
Oxşar xəbərlər
Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu
Xalq artisti Aygün Kazımova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə yazılan yeni mahnısını təqdim edib. BAKU.WS xəbər verir ki, "Bili...