Leonardo DiKaprionun "Titanik"lə bağlı etirafı gündəm oldu
Hollivud ulduzu Leonardo DiKaprionun illər sonra "Titanik" filmi ilə bağlı etirafı gündəm olub.
BAKU.WS xəbər verir ki, o həmkarı Cennifer Lourensin "Actors on Actors" proqramına qonaq olub.
Aktyor veriliş zamanı maraqlı açıqlamaları ilə diqqət çəkib.
Belə ki, Lourens, DiKaprioya "Titanik"i yenidən izləmisənmi?" sualını verib.
51 yaşlı DiKaprio isə "Xeyr. Heç vaxt izləməmişəm" deyə bildirib.
Təəccüblənən Lourens, "Baxmalısan. Əminəm ki, indi baxsan çox xoşuna gələr, film həqiqətən çox yaxşıdır" sözlərini söyləyib.
DiKaprio isə cavab olaraq, "Mən filmlərimi çox izləmirəm. Bəs sən izləyirsən?" sualını verib.
Lourens, "Titanik kimi bir filmdə heç vaxt rol almamışam. Əgər belə bir filmim olsaydı, mütləq baxardım", -deyə bildirib.
"Titanik" filmi, Leonardo DiKaprionun karyerası üçün dönüş nöqtəsi olub. Cek Douson obrazına həyat verəndə o 23 yaşında idi.
DiKaprio 2016-cı ildə "Deadline" nəşrinə verdiyi müsahibədə "Titanik" təcrübəsini belə izah etmişdi:
""Titanik" Keyt Uinslet və mənim üçün bir təcrübə idi. İkimiz də o vaxta qədər sadə filmlərdə çəkilmişdik. Onu aktyor kimi çox sevirdim və mənə "Gəlin bunu birlikdə edək, bacararıq" dedi. Biz də etdik və heç vaxt qabaqcadan görə bilməyəcəyimiz bir nəticə ortaya çıxdı. Bunun bu cür bir hadisəyə çevriləcəyini heç düşünməmişdik".
Oxşar xəbərlər
Dado: "Natavan istəmir övladı onun çəkdiyini çəksin"
Reper Dado (Səid Əliyev) səmimi açıqlamaları ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o "AStar" layihəsinə qonaq olarkən keçmiş həyat yoldaşı, müğənni Natavan...